EN

Azərbaycan və Türkiyə sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalayıb

Bakı. Trend:

Azərbaycan və Türkiyə sığorta sektorunda qarşılıqlı əməkdaşlığıngücləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri TalehKazımov "X" hesabında paylaşım edib.

"Mərkəzi Bankda Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləməvə Nəzarət Agentliyinin sədri cənab Davut Menteşin rəhbərlik etdiyinümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanıqurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirəetdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi apardıq.

Görüşdə hər iki ölkənin sığorta sektorunda qarşılıqlıəməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzaladıq.Bu Memorandum qurumlar arasında sığorta sektorunda tənzimləmə vənəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşviqinəxidmət edəcək.

Əminik ki, Memorandum iki qardaş ölkənin maliyyə sistemləriarasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regionalsəviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfəverəcək", - paylaşımda qeyd edilib.

Chosen
38
8
az.trend.az

10Sources