EN

Rusiyalı MMA döyüşçüsü Tailandda qızı döyüb

Kikboksinq üzrə Dağıstanın üçqat qalibi Maqomed Nurov qazaxıstanlı qadına bədən xəsarəti yetirib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “NeMolchi.kz” ictimai fondu məlumat yayıb.

 

Phuketdə yaşayan Qazaxıstan vətəndaşı fondla əlaqə saxlayıb və bildirib ki, o, dağıstanlı döyüşçü tərəfindən təzyiqlərə məruz qalıb, sonra döyülüb.

 

“Məni ötürməyə icazə vermədi. Ondan getməsini istəyəndə heç bir reaksiya vermədim. Məni təhqir edib hədələməyə başladı. Sonra üzümə iki dəfə zərbə endirdi.

 

Ondan uzaqlaşmağa çalışdım, amma üz çevirəndə yenə bir zərbə aldım. Qışqırdı ki, qollarımı, ayaqlarımı qoparacağam. Polisə ifadə verdim və Qazaxıstan səfirliyi ilə əlaqə saxladım”, - qız bildirib.

 

Qeyd olunur ki, qız evə qayıtdıqdan sonra Nurov sosial şəbəkələrdə onu hədələməyə davam edib.

 

Nurov kikboksinq və MMA üzrə idman ustası, K-1 üzrə üçqat Dağıstan çempionu, MMA üzrə Moskva çempionudur (2014). O, Fight Nights ilə 2023-cü ilin yayında 6 döyüş üçün müqavilə imzalayıb.

 

Bundan əvvəl futbol klubunun direktoru uşaq məşqçisini döyüb.

 

Müəllif:Afət

 

Chosen
773
21
oxu24.com

10Sources