EN

"Qarabağ"ın rəqibinə futbolçusundan pis xəbər

"Napoli"nin futbolçusu Kevin De Bruyne yaşıl meydanlara gözləniləndən daha gec qayıdacaq.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin zədəsi ciddidir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

De Bruyne A Seriyasının 8-ci turunun "İnter"lə matçında penalti yerinə yetirərkən sağ ayaq əzələsindən zədə alıb. 34 yaşlı yaşlı orta xətt oyunçusu 3-4 ay yaşıl meydanalrdan uzaq qalacaq.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 25 noyabr tarixində İtaliyada baş tutacaq.

saytlarin hazirlanmasi

Chosen
15
sportal.az

1Sources