Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
29 oktyabr səhəri Rusiya qoşunları işğal altında olan Donetsk vilayətinin Pokrovsk şəhərində öz üçrəngli bayraqlarını asıblar. Lakin cəmi bir saat sonra həmin bayraq Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilib.
Bu barədə məlumatı "DeepState" monitorinq layihəsi yayıb.
Layihənin analitiklərinin sözlərinə görə, Pokrovskda vəziyyət son dərəcə gərgindir. Şəhərin cənub hissəsində Ukrayna mövqeləri qalmaqda davam etsə də, şimal istiqamətində xeyli sayda Rusiya hərbçisinin daxil olduğu qeyd olunur.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.