EN

Simonyan: “Tramp yolu”nda onlar da olacaq

BAKI, 29 oktyabr. TELEQRAF

“Vaşinqtonda bəyannamənin qəbulu və sülh sazişinin paraflanması artıq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından xəbər verir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Sülhün bərqərar olmasına baxmayaraq, bir sıra humanitar məsələlər həll olunmamış qalır”, - o bildirib.

Simonyan qeyd edib ki, bu məsələlərdən biri çoxlu sayda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlıdır.

Spiker əlavə edib ki, Vaşinqtonda keçirilən görüşün nəticəsi olaraq Ermənistan ABŞ ilə birlikdə “Tramp yolu” təşəbbüsünün qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə həyata keçirilməsini təmin edəcək.

Chosen
42
50
teleqraf.com

10Sources