Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu ilin sentyabr ayında Türkiyədə işsizlik nisbəti 8,6 faiz səviyyəsində qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, Türkiyədə işsizlərin sayı əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfərə çatıb. İşsizlik nisbəti kişilərdə 7,4 faiz, qadınlarda isə 11,1 faiz olub.
İşləyənlərin sayı isə 200 min nəfər azalaraq 32 milyon 491 min nəfər təşkil edib. Ümumi məşğulluq nisbəti 0,3 faiz bəndi azalaraq 48,9 faiz olub. Bu göstərici kişilərdə 66,3 faiz, qadınlarda isə 31,8 faiz səviyyəsində qeydə alınıb.
Gənclər arasında (15–24 yaş arası) işsizlik nisbəti 14,9 faiz olub. Bu göstərici əvvəlki aya nisbətən 0,9 faiz bəndi azalıb.
Hesabata görə, orta həftəlik faktiki iş saatı 42,9 olub və bu göstərici əvvəlki aya nisbətən 1 saat artıb.Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.