Bir yaşlı körpə su quyusuna düşərək öldü
                    
                         
İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.
aia.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.
2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
