EN

Bir yaşlı qız su quyusuna düşüböldü

Bu gün İsmayıllıda bir yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə saat 13 radələrində rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib.

Körpənin meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
29
4
redaktor.az

6Sources