EN

Ulduz futbolçu “Qarabağ”a qarşı oynamayacaq 

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın ulduz yarımmüdafiəçisi Kevin De Bruyne “İnter”lə A Seriyası oyununda (1:3) penaltidən qol vurarkən zədələnib. Tibbi müayinədən sonra belçikalı futbolçunun bud əzələsində ciddi yırtıq aşkarlanıb.

34 yaşlı futbolçu təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, De Bröyne bu mövsüm “Napoli”nin heyətində 11 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” – “Napoli” qarşılaşması noyabrın 26-da Neapolda keçiriləcək.

Chosen
21
idmanxeber.az

1Sources