Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsiAzərbaycanın enerji siyasətində strateji əhəmiyyət daşıyan əsasistiqamətlərdən biridir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu təşəbbüs həm bərpaolunan enerjipotensialının reallaşdırılmasına, həm də regionun dayanıqlıinkişafına xidmət edir.
"Azərbaycan hökuməti 2030-cu ilə qədər “yaşıl enerji zonası”konsepsiyasını Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındahəyata keçirməyi qarşısına məqsəd qoyub. Bu konsepsiyanın əsasməqsədləri işğaldan azad edilmiş ərazilərin ekoloji cəhətdən təmizvə enerji baxımdan səmərəli şəkildə yenidən qurulması, bərpaolunanenerji mənbələrinin – günəş, külək, hidro və bioenerjinin genişistifadəsi, regionun yaşıl texnologiyalar və innovasiyalar üzrənümunəvi enerji mərkəzinə çevrilməsidir."
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin də dünən Cəbrayılrayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms”və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyması ölkəmizinyaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayılrayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcınıqoyur.
"Layihə birbaşa olaraq Azərbaycanın bərpaolunan enerji üzrəstrategiyasına xidmət edir. “Şəms” və “Üfüq” stansiyaları günəşenerjisi sahəsində konkret sərmayədir və fosil yanacaqlardanasılılığı azaltmağa yönəlib. Bu isə enerjidə daha davamlı, ekolojitəmiz yanaşmanın təzahürüdür. Cəbrayıl rayonu işğaldan azad edilmişzonadır və bu kimi layihələr həmin ərazilərin yalnız yenidənqurulması üçün deyil, eyni zamanda yeni “yaşıl enerji zonası”naçevrilməsi üçün imkan yaradır. Layihə regionun enerji xəritəsində“oyun dəyişdirən” hadisədir. Belə layihələrin iqtisadi və sosialtəsirləri də var. Yeni stansiyalar investisiya tələb edən layihədirvə tikinti mərhələsində iş yerlərinin açılmasına, yerli logistikavə infrastrukturun aktivləşməsinə səbəb olacaq. Enerji istehsalınınartması regiona əlavə gəlir gətirə, elektrik enerjisininmərkəzləşdirilmiş qidalanmasını gücləndirə bilər. Eyni zamanda,azaldılan qaz istehlakı və emissiyalar ekoloji sağlamlıq üçünmüsbət təsirlərə malikdir. Regionun günəş enerjisi potensialıyüksəkdir və bu tip layihələr bu potensialdan istifadəniartırır."
Elə həmin gün Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalıkəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarındaiştirak edib.
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin sakinlərləgörüşü, mənzil açarlarının təqdim edilməsi bu layihələrin yalnızinfrastruktur deyil, insan amilinə əsaslanan sosial siyasətintərkib hissəsi olduğunu göstərir.
"Zəngilan rayonu və bütövlükdə azad edilmiş ərazilərdə quruculuqişləri planlı, müasir və kompleks şəkildə aparılır.
"Bu açılışlar Azərbaycanın işğaldan azad olunmuş torpaqlardadayanıqlı, ağıllı və ekoloji təmiz yaşayış məkanları yaratmaqistiqamətində irəlilədiyini təsdiqləyir. Ümumiyətlə Prezident İlhamƏliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə quruculuq və köçprosesi müasir Azərbaycanın ən mühüm tarixi mərhələlərindənbiridir. 2020-ci ildə torpaqların azad edilməsindən sonra dövlətinqarşısında duran əsas vəzifə bu ərazilərin bərpası,infrastrukturların yenidən qurulması və əhalinin təhlükəsiz şəkildəgeri qayıdışının təmin olunması idi. Son beş ildə həyata keçiriləngenişmiqyaslı işlər bu məqsədlərin mərhələli və planlı şəkildəreallaşdırıldığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyiilə həyata keçirilən quruculuq və köç prosesi Azərbaycanınpostmüharibə dövründəki yenidənqurma modeliniformalaşdırır."