EN

Ölkədaxili nağdsız əməliyyatların həcmi 24% artıb

Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayını dərc edib.

Marja.az Bülletenə istinadən xəbər verir ki,  xəbər verir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artmışdır.

2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil etmişdir. 

Qeyd edək ki ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.

Chosen
9
18
marja.az

10Sources