EN

Tramp və Si Tsinpin 30 oktyabrda Pusanda görüşəcək

ABŞ və Çin liderləri ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər...

Poliqon xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Çin Xalq Respublikasının sədri Si Tsinpin və ABŞ prezidenti Donald Tramp 30 oktyabr tarixində Koreya Respublikasının Pusan şəhərində görüşəcəklər. Bu barədə “Sinxua” agentliyi diplomatik mənbələrə istinadla xəbər yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, iki liderin danışıqlarının əsas məqsədi ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Si Tsinpinlə görüşün keçiriləcəyini özü də təsdiqləmişdi. O, çıxışında Çinlə “ABŞ üçün sərfəli ticarət sazişi” əldə edəcəyinə ümid etdiyini bildirmişdi.

Ekspertlər bu görüşü Asiya-Sakit okean regionunda ticarət və texnoloji rəqabətin taleyini müəyyən edə biləcək mühüm diplomatik hadisə kimi qiymətləndirirlər.

Poliqon.info

Chosen
71
poliqon.info

1Sources