EN

Toy gecəsi ölən azyaşlı gəlin hamilə imiş… – FOTO

Astarada toy günün gecəsi dünyasını dəyişən gəlinlə bağlı yeni məlumat əldə edilib.

NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına əsasən, 17 yaşı gəlin hamilə olub.

LToydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

***11:21

Astarada toy günün gecəsi dünyasını dəyişən gəlin azyaşlı olub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, onun 17 yaşı olub.

Əfsanə İmanovanın 18 yaşı 2026-cı ilin fevral ayında olacaqdı.

***10:38

Astarada gəlin ölüb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
10
nocomment.az

1Sources