EN

ABŞ-də QƏZA: Təhlükəli virus daşıyan meymunlar QAÇDI – FOTO/VİDEO

ABŞ-də baş verən qəzadan sonra Hepatit C, herpes və koronavirusa yoluxmuş makakalar yük maşınından qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

ABŞ-ın Pensilvaniya ştatında laboratoriyaya məxsus yük maşını qəzaya uğradıqdan sonra içərisində olan meymunlar qaçıb.

Məlumata görə, qəza zamanı tədqiqat məqsədilə daşınan konteynerlər çevrilib və hepatit C, herpes və koronavirusla yoluxmuş makakalar azadlığa çıxıblar.

Laboratoriya meymunları aqressivdir və insanlara hücum edə bilirlər.

Yerli hakimiyyət orqanları əhaliyə xəbərdarlıq edərək, meymunlara yaxınlaşmamağı tövsiyə edib.

Bildirilib ki, bu heyvanlar aqressiv ola bilər və eyni anda bir neçə virus daşımaq təhlükəsi mövcuddur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
57
interpress.az

1Sources