Mikayıl Cabbarov Türkiyəni Cümhuriyyət Günü münasibətilə TƏBRİK EDİB
Ajans.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib. "Cümhuriyyət Günü münasibətilə qardaş Türkiyəyə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Strateji müttəfiqlik zəminində birgə fəaliyyətimiz və həmrəyliyimiz ölkələrimizin inkişafına, xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və əmin-amanlığa mühüm töhfələr verir. Bu əlamətdar gündə dost ölkəyə daimi tərəqqi, yüksəliş və firavanlıq diləyirik", - deyə nazir qeyd edib.