EN

"Azərbaycanın modelini Rumıniyada tətbiq etməyə başlamışıq"

"Üç onillik ərzində konstitusiyanız həm tarixi, həm də hüquqi əhəmiyyətini qoruyub saxlamış və ölkənin dinamik inkişafı ilə yanaşı olaraq təkamül edib".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında çıxışı zamanı Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean deyib.

O çıxışı zamanı bir neçə istiqamətdə əməkdaşlıq təklif edib: "Sizin "ASAN xidmət" modeliniz var. Bunu Rumıniyada tətbiq edə bilərik. Artıq başlamışıq".

M.Abrudean vurğulayıb ki, Cənubi Qafqazda və Qara dəniz regionunda sabitlik hamının xeyrinədir. 

O əlavə edib ki, Azərbaycan konstitusiyası ölkədə demokratik hakimiyyət  bölgüsünü və qanunun aliliyini təmin edir.

Mürtəza

Chosen
87
1
olke.az

2Sources