"Lockheed Martin" şirkəti NASA ilə əməkdaşlıq şəraitində səsdənsürətli "X-59" təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirib. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumat ABŞ Hərbi-Sənaye Korporasiyasının mətbuat üçün açıqlamasında yer alıb. Bildirilir ki, sınaqlar Kaliforniyada keçirilib: "X-59" ABŞ Hərbi Hava Qüvvələrinin Palmdeyldəki "Plant 42" aviabazasından qalxıb və Edvardsda NASA-nın Armstronq adına Tədqiqat Mərkəzi yaxınlığında yerə enib. Qeyd olunur ki, uçuş normal keçib, təyyarə özünün uçuş xüsusiyyətlərini və aerodinamik göstəricilərini təsdiqləyib. Şirkətin vitse-prezidenti və baş direktoru O.C.Sançes deyib ki, bu təyyarə innovasiyaların və komandamızın təcrübəsinin sübutudur. Biz səsdənsürətli texnologiyaların inkişafının ön cəbhəsində olmağımızdan qürur duyuruq. (oxu.az)