EN

Sumqayıtda zibildaşıyan maşın yanıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Ötən gecə Sumqayıt şəhərində zibildaşıyan maşın yanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

"Hadisə ötən gecə saat 23:00-da Sumqayıt şəhərinin N.Nərimanov küçəsində, 34-cü məhəllədə baş verib. "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilib.

Sumqayıt şəhər Təmizlik departamentindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan zibildaşıyan nəqliyyat vasitəsi təxminən 10 il xidmət göstərib:

"Yanğın maşının tullantı olan hissəsində baş verib, alov operativ şəkildə söndürülüb və maşına ciddi zərər dəyməyib".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
oxu.az

3Sources