EN

Türkiyə Cümhuriyyəti 102 yaşını qeyd edir

Bu gün – 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümüdür.

Sitat.info-nun məlumatına görə, 1923-cü ilin bu günündə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti elan edilib və bu hadisə türk tarixində yeni bir mərhələnin başlanğıcı olub.

Türkiyənin hər yerində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan türklər bu günü böyük qürur və coşqu ilə qeyd edirlər.

Qeyd edək ki, rəsmi mərasimlərdə dövlət bayrağı ucaldılır, Atatürkün xatirəsi anılır və “Cümhuriyyət Bayramı” münasibətilə müxtəlif tədbirlər təşkil olunur.

Türkiyə Cümhuriyyəti 102 ildir ki, azadlıq, birlik və inkişaf yolunda addımlamaqda davam edir.

Chosen
20
3
sitat.info

4Sources