EN

Ötən gün narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib

Oktyabrın 28-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 23, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6, dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 66 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən olunub. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1 tapança, 65 qumbara, 18 alışdırıcı, 11 partladıcı, 23 mərmi, 6 tüfəng, 249 patron darağı və 18 min 885 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər də saxlanılıb.

"Cebheinfo.az" 

Chosen
29
26
cebheinfo.az

10Sources