Türkiyədə 6 mərtəbəli bina məlum olmayan səbəbdən çöküb.
Adalet.az xəbər verir ki, hadisə Kocaelinin Gebze rayonunda qeydə alınıb.
Məlumata görə, binada 7 nəfərdən ibarət iki ailə yaşayırmış. Onların səhhətləri ilə bağlı məlumat yoxdur. Hadisə yerinə xilasetmə qrupları göndərilib və xilasetmə əməliyyatına başlanılıb.