Ukrayna liderinin aparat rəhbəri Andrey Yermak Moskva ilə Kiyev arasında münaqişənin diplomatik yolla həllinə mane olan addımlar atır.
"Unikal" xəbər verir ki, bu barədə "The American Conservative" (TAC) nəşri yazıb.
Məlumata görə, Yermak Qərbdən Ukraynaya yardımın təmin edilməsində müəyyən uğurlar əldə edir.
"Ancaq onun hiylələri ola bilsin ki, Rusiya ilə gələcək diplomatik həlli ehtimalını aşağı salıb”, - məqalə müəllifləri vurğulayır.
İddia olunur ki, Ukrayna liderinin aparatının rəhbəri dövlət başçısı Volodimir Zelenskiyə “böyük təsir” göstərir. Konkret olaraq o, Kiyevin münaqişənin həlli üzrə danışıqlarda güzəştsiz mövqe tutmasında israr edir. Bundan əlavə, Yermak Ukraynadan Qərbə çatan Rusiya ilə qarşıdurma haqqında məlumatlara da nəzarət edir.
Gülayə Mecid