Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
"SAAB 2026-cı ildən etibarən “Giraffe 1X” sistemlərinin tədarükünə başlayacaq”
İsveç müdafiə sənayesi şirkəti SAAB ABŞ ordusundan “Giraffe 1X” radarları üçün sifariş alıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında qeyd edilib.
Sifarişin dəyəri təxminən 46 milyon dollardır və 2025-ci ilin üçüncü rübündə verilib.
"SAAB 2026-cı ildən etibarən “Giraffe 1X” sistemlərinin tədarükünə başlayacaq. Bu sifariş SAAB-ın dünya miqyasında hava hücumundan müdafiə və PUA-lara qarşı mübarizə imkanlarını artırmaq üçün qabaqcıl radar texnologiyasına artan tələbatı göstərir", - deyə qeyd olunub.
Bildirilib ki, “Giraffe 1X” həm quru, həm də dəniz platformalarına inteqrasiya olunmaqla mobil, yerləşdirilə bilən və ya stasionar sistem kimi istifadə edilə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.