EN

Ağdərədə ağır qəza -

Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizun idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
29
16
metbuat.az

10Sources