Azərbaycanda tikinti şirkəti müflis olub.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, “RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.
Buna səbəb şirkətin borca düşməsidir.
Bakı Kommersiya Məhkəməsi noyabrın 18-də bununla bağlı işə baxacaq.
Qeyd edək ki, “RS CONSTRUCTİON” tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri – yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.