EN

Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislamAllahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdəolan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, MüsəlmanAğsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib iləgörüşüb.

Trend xəbərverir ki, görüşdə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib Azərbaycanın həmməzhəblərarası birlik, həm də dinlərarası ahəng və harmoniyabaxımından Müsəlman Ağsaqqallar Şurası, eləcə də bütövlükdə İslamaləmi üçün çox gözəl örnək olduğunu bildirib. Qeyd edib ki, bunagörə də Azərbaycan hər zaman Əl-Əzhərin və Müsəlman AğsaqqallarŞurasının diqqət mərkəzindədir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu ilin fevralındaBəhreynin paytaxtı Manamada keçirilən İslamdaxili DialoqKonfransının yekununda qəbul edilmiş “Qiblə Əhlinə Çağırış” sənədiQafqaz Müsəlmanları İdarəsi tərəfindən kitab şəklində 4 dildə nəşrolunub. O, kitabların bir neçə nüsxəsini Əhməd Əl-Tayyibə təqdimedib.

Əl-Əzhərin böyük imamı nəşrləri məmnuniyyətlə və minnətdarlıqlaqəbul edərək deyib ki, Azərbaycan məzhəblərarası birlik məsələsindəliderlik edir və bir nümunədir.

Qeyd olunub ki, kitab Azərbaycan, ərəb, ingilis və rusdillərində çap olunmaqla bu sənədin Qafqaz regionunda, MərkəziAsiyada, MDB-də və bütövlükdə dünyada yayılması məqsədi daşıyır. Buiş Qafqaz Müsəlmanları İdarəsi, xüsusilə də şeyxülislam AllahşükürPaşazadə timsalında həyata keçirilir. QMİ-nin sədri bu yaxınlardaABŞ-da səfərdə olarkən həmin kitabları dini xadimlərə vəictimaiyyət nümayəndələrinə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyibindiqqətinə çatdırıb ki, Azərbaycanın gələn il ev sahibliyi edəcəyiİslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü ərəfəsində QafqazMüsəlmanları İdarəsi ilə Müsəlman Ağsaqqalları Şurasınınhəmtəşkilatçılığı və digər təşkilatların iştirakı ilə müxtəlifölkələrin dini liderlərinin növbəti konfransı keçirəcək. Konfransdaislamdaxili dialoq və islamofobiya ilə mübarizə məsələləri əsasmüzakirə mövzusu olacaq.

Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə tərəfindənBirləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş,BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT Başkatibinin müavini Migel Anxel Moratinos bu konfransa dəvətolunub.

Əl-Əzhər şeyxi öz növbəsində, konfransın birgə təşkil olunmasıtəklifini bir daha təsdiq edib və razılığını bildirib, tədbirdəşəxsən iştirak etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycanavə şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslədiyini,ölkəmizə yenidən səfər etməyi səbirsizliklə gözlədiyinivurğulayıb.

Əhməd Əl-Tayyib deyib ki, Azərbaycan Prezidentinin bu konfransınkeçirilməsinə xeyir-dua verməsi onun üçün çox vacibdir, dünyaliderləri arasında dövlətimizin başçısı İlham Əliyevə çox dəyərverir və dərin hörmət bəsləyir.

Görüşdə vurğulanıb ki, qarşıdakı aylarda konfransa hazırlıqlabağlı QMİ və Müsəlman Ağsaqqallar Şurası tərəfindən təşkilatiişlərə başlanacaq. Tərəflər, həmçinin iki dini qurum arasındaəməkdaşlığın uğurla davam etdirildiyini məmnuniyyətlə vurğulayıb,gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Qiblə Əhlinə Çağırış” sənədi tərtib olunarkənmultikulturalizm ölkəsi olaraq Azərbaycanın məzhəblərarası,dinlərarası birlik və anlaşma modeli nümunə kimi götürülüb.

Məqalədə:
Chosen
35
8
az.trend.az

9Sources