EN

Odun, kerosin, qaz növündən asılı olmayaraq, sobanın insan sağlamlığına hansı həyati təhlükələri var? Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün bir çox evlərdə daha az məsrəfli olduğuna görə İran sobalarından istifadə edilir. Maraqlısı budur ki, evi tam qızdıran İran sobaları daha az xərc tələb edir. Bu səbəbdən də, insanlar daha çox bu sobalara üstünlük verir. Amma İran sobaları həyati təhlükəli ola bilər.

Sobanın növündən (odun, kerosin və ya qaz) asılı olmayaraq, qeyri-kafi ventilyasiya və düzgün istifadə edilməməsi dəm qazından zəhərlənmə, yanğın və asfiksiya kimi risklərə səbəb ola bilər. Belə ki, aşağı oksigen səviyyələri və zəhərli qazların, xüsusən də qapalı məkanlarda toplanması ciddi risklər yarada bilər.

İran sobasının ən böyük təhlükəsi dəm qazıdır. Qaz sobaları qeyri-adekvat havalandırma və ya bacada tıxanma olduqda, karbonmonoksid qazı buraxa bilər. Bu qaz yığılması baş ağrısı, başgicəllənmə, ürək bulanması və hətta ölümə səbəb ola bilər. Xüsusilə qeyd edək ki, dəm qazından zəhərlənmə halları daha tez-tez baş verir və dəm qazı elə bir qazdır ki, insnaı zəhərlədiyi zaman insan bunu hiss etmək qabiliyyətinə malik olmur.

Bununla yanaşı, İran sobalarının yanğın riski də var. Soba yaxınlıqdakı yanan materialları qızdıraraq yanğına səbəb ola bilər. Yanacağın nəzarətsiz yanması və ya yanacaqdan düzgün istifadə edilməməsi də yanğın riskini artırır.

Digər bir təhlükə, asfiksiya təhlükəsidir. Qaz sobaları qapalı məkanlarda oksigeni tükəndirə bilər. Ətrafdakı oksigen səviyyəsi azaldıqda, asfiksiya riski yaranır.

Evinizdə İran sobası varsa, sobanın istifadə olunduğu otaqda həmişə havalandırmanı təmin edin. Mümkünsə, həmişə pəncərəni açıq saxlayın. Sobanı istehsalçının göstərişlərinə uyğun şəkildə və təhlükəsiz yerdə quraşdırın. Otağınızda karbonmonoksid detektorunun quraşdırılması potensial sızmanı erkən aşkarlamağa imkan verə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
icma.az

1Sources