EN

ABŞ konqresmeni Bayden administrasiyasını ittiham etdi

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ-nin Respublikaçı Partiyasından olan konqresmeni Mardjori Teylor Grin keçmiş prezident Cо Baydenin administrasiyasının əməkdaşlarını amerikalılara xəyanət etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə siyasətçinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Grin bildirib ki, Baydenin sağlamlığının pisləşməsində keçmiş prezidentin günahı yoxdur, lakin onun yaxın çevrəsindəki əməkdaşlar amerikalılara xəyanət edib, yalan danışıb, səlahiyyətlərini sui-istifadə edib və hökuməti kölgədən idarə ediblər.

Konqresmen həmçinin Nümayəndələr Palatasının nəzarət komitəsinin Baydenin köməkçilərinin fəaliyyətini araşdırmaq çağırışını tam dəstəklədiyini vurğulayıb.

Chosen
98
teleqraf.com

1Sources