EN

Qəzzada İsrailin zərbələri nəticəsində 11 fələstinli həlak oldu

BAKI, 29 oktyabr. TELEQRAF

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 11 fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin hərəkatı HƏMAS-a yaxın "Al Aqsa" telekanalı məlumat yayıb.

Məlumata görə, hava hücumları hələ də davam edir. Zərbələr əsasən Qəzza şəhəri və sahil bölgələrini hədəfə alıb. Həmçinin, şimal hissəsində məcburi köçkünlərin yerləşdirildiyi mərkəzə də hava zərbəsi endirildiyi bildirilir. Hazırda ölən və yaralananlarla bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına güclü hava zərbələrinin endirilməsi barədə göstəriş vermişdi.

Chosen
67
teleqraf.com

1Sources