EN

"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır

Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15.00-dan etibarən satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletləri aşağldakı qiymətlərdə olacaq:

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız "iTicket.az"ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər "iTicket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20.45-də start götürəcək.

Chosen
43
16
football-plus.az

10Sources