ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rossiya Segodnya"nın və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Ukraynada məhkəməyə verilib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında bildirib. Erməni jurnalist Kiyevdəki Şevçenkivski Rayon Məhkəməsindən aldığı çağırışları da dərc edib.
"Kiyevdə yenidən nikbinlik dalğası var. Mənə 30 oktyabr üçün məhkəmə çağırışı göndərirlər. Təəssüf ki, uşaqlar, 30 oktyabra qədər Kiyevi tutmayacağıq", - deyə jurnalist cavab verib.
Simonyan, həmçinin, 12 mayda da Kiyevdə məhkəmə çağırışı aldığını bildirib. O, iclasın 19 iyun tarixinə təyin olunduğunu deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        