EN

Yerkökü və bolqar bibəri ilə teriyaki sousunda toyuq

Yerkökü

Ərzaqlar:- Toyuq filesi – 200 q - Yerkökü – 100 q - Bolqar bibəri – 100 q - Sarımsaq – 1-2 diş (təxminən 5 q) - Təzə zəncəfil – 5 q - Zeytun yağı – 1 ç.q. (təxminən 5 q)Teriyaki sousu üçün:- Şəkərsiz soya sousu – 30 q - Bal – 10 q - Su – 50 q - Qarğıdalı nişastası – 3 qHazırlanması:Toyuq filesini doğrayın. Yerkökü və bolqar bibərini nazik çubuqlar şəklində doğrayın. Sarımsaq və zəncəfili xırda doğrayın. Bir qabda soya sousu, bal, su və nişastanı qarışdırın, nişasta tam həll olana qədər qarışdırmağa davam edin.Tavada yağı qızdırın, toyuğu əlavə edib təxminən 5 dəqiqə qızılı rəng alana qədər qızardın. Ardınca yerkökü, bibər, sarımsaq və zəncəfili əlavə edin, 4 dəqiqə bişirin. Son olaraq hazırladığınız sousu tökün və 3 dəqiqə sous qatılaşana qədər bişirin.Reseptlərinizi [email protected] ünvanına göndərin – dadlı sirləriniz Ulusum.az saytında yayımlansın!

Diqqət Çəkənlər

“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO

Kətan sıyığı meyvələrlə

Səhər yeməyi reseptləri

Chosen
49
ulusum.az

1Sources