EN

Məktəbdə insident baş veribVİDEO

Lerikdə, məktəbin həyətində yeznə qaynına hücum edərək bel ilə xəsarət yetirib.  

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Vılık kənd natamam orta məktəbinin həyətində baş verib.

Vılık kənd sakini 56 yaşlı Bəşir İbadov məktəbdə gözətçi vəzifəsində iş başında olarkən, yeznəsi 37 yaşlı Yusif Dövlətov ona hücum edib. Yeznə-qayın arasında yaranan mübahisə zamanı Yusif Dövlətov Bəşir İbadova kənd təsərrüfatı aləti olan bel ilə xəsarət yetirib.

Yaxınlarının dediyinə görə, yeznə-qayın arasında mübahisə iş saatı üstündə yaranıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Bəşir İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, hadisəni hüquq-mühafizə orqanları araşdırır.

Qeyd edək ki, artıq əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Yusif Dövlətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Chosen
39
6
xezerxeber.az

7Sources