EN

NATO Baltik və Qara dənizlərdə kəşfiyyatı gücləndirib

Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəis müavini Konstantin Vorontsov bildirib ki, NATO Baltik və Qara dənizlərdə dəniz və hava sərhədləri yaxınlığında kəşfiyyatı gücləndirib.
"Baltik ölkələri, Qara dəniz regionu və Polşa saylarını və döyüş qabiliyyətlərini artırır... NATO gəmilərinin Qara dənizdə olma müddəti uzadılıb. Kəşfiyyat fəaliyyətləri gücləndirilib", - deyə RİA Novosti onun sözlərini sitat gətirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, demək olar ki, bütün AB və NATO üzvləri Rusiyanı məğlub etmək üçün birləşiblər.

Chosen
28
ikisahil.az

1Sources