EN

İsrail antiterror əməliyyatı keçirdi: Radikal qruplaşmanın üzvləri məhv edildi

İsrail Müdafiə Qüvvələri (SAXAL) İordan çayının qərb sahilində antiterror əməliyyatı zamanı radikal qruplaşmanın 3 silahlı üzvünü məhv edib.

Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

"Cenin bölgəsində keçirilən reyd zamanı hərbçilər mağarada terror qruplaşması aşkar edərək onlara atəş açıblar. İki terrorçu öldürülüb, biri yaralanaraq qaçıb. Hərbi Hava Qüvvələri isə tezliklə üçüncü terrorçunu məhv edib", - deyə mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Xəbərdə bildirilir ki, antiterror əməliyyatı ordu, sərhəd polisi və İsrail Müdafiə Qüvvələri tərəfindən birgə həyata keçirilib.
Chosen
9
2
7news.az

3Sources