EN

Marşal İrsi İnstitutu ANAMA əməkdaşını və minaaxtaran iti ilin “Ən yaxşı minaaxtaran iti komandası” elan edib

Azertag saytına istinadən ain.az xəbər verir.

Vaşinqton, 28 oktyabr, AZƏRTAC

ABŞ-ın humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından biri olan Marşal İrsi İnstitutu (Marshall Legacy Institute – MLI) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyevi və onun mina axtaran iti “Ben-Mace”i 2025-ci ilin “Ən yaxşı minaaxtaran iti komandası” elan edib.

AZƏRTAC xəbər verir ki, mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək illik qala-gecəsində təqdim olunacaq. Bu münasibətlə tədbirdə iştirak etmək üçün ANAMA əməkdaşları Vüsal Allahverdiyev və Rəhman Əsgərov Vaşinqtona səfər ediblər.

Bununla əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyində tədbir təşkil olunub. Tədbirdə Marşal İrsi İnstitutunun İdarə Heyətinin, sponsor təşkilatların və humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri iştirak edib.

Tədbirdə səfirliyin müşaviri Vüsalə Mehdiyeva, Marşal İrsi İnstitutunun prezidenti Eliz Beker, eləcə də ANAMA əməkdaşı Vüsal Allahverdiyev çıxış edib. Çıxışlarda Azərbaycanın üzləşdiyi irimiqyaslı mina problemi diqqətə çatdırılıb, bu sahədə beynəlxalq dəstəyin vacibliyi vurğulanıb, ABŞ-ın, o cümlədən Marşal İrsi İnstitutunun 20 illik əməkdaşlıq çərçivəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib, əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.

Daha sonra tədbir iştirakçıları üçün minaaxtaran itin iştirakı ilə şərti minanın aşkar olunması və zərərsizləşdirilməsi nümayiş etdirilib.

Qeyd edək ki, ANAMA və Marşal İrsi İnstitutu arasında əməkdaşlıq 20 illik tarixə malikdir. 2005-ci ildən etibarən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana 100 minaaxtaran it təqdim edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
azertag.az

2Sources