EN

Vinisius "Real"la bağlı qərarını verdi

“El Klasiko”da məşqçi Xabi Alonso ilə mübahisə Vinisius Juniorun mövsümün sonunda klubdan ayrılmasına səbəb ola bilər. Metbuat.az xəbər verir ki, futbolçu məşqçinin ona az oyun şansı verməsindən narazıdır. “Diario AS” məlumatına görə, məşqçinin Vinisiusa münasibəti dəyişməsə o, “Real Madrid”dən ayrılmağı nəzərdən keçirir. Braziliyalı futbolçu Alonsonun ona qarşı ədalətsiz davrandığını və artıq məşqçinin planlarında əhəmiyyətli yer tutmadığını hesab edir.

Qeyd edək ki, “Real”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşan “Barselona” matçında Vinisius Juniorun 72-ci dəqiqədə əvəzlənib. Futbolçu buna etiraz edərək, “Komandadan gedirəm, getməyi üstün tuturam, gedirəm”, - deyə bildirib.

Chosen
27
1
metbuat.az

2Sources