NATO 2022-ci ildə Ukrayna üzərindəki hava məkanını bağlamaqdan imtina edib.
Â
Bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Danimarkanın TV2 telekanalına verdiyi müsahibədə danışıb.
Â
Stoltenberqin sözlərinə görə, Rusiya qüvvələri Kiyev yaxınlığında olduğu zaman Ukrayna tərəfi uçuşsuz zonanın tətbiqi ilə bağlı Alyansa müraciət edib. Lakin o izah edib ki, bunun üçün Rusiyanın hava hücumundan müdafiə sistemlərini kənarlaşdırmaq və Ukrayna ərazisi üzərində Rusiya təyyarələrini vurmaq lazım gələcəkdi.
Â
"O zaman NATO müharibəyə cəlb olunmuş olacaqdı. Kiyevin bir neçə gündən sonra süquta uğraya biləcəyini başa düşdüyümüzü, amma NATO təyyarələrini Ukrayna hava məkanına göndərməyəcəyimizi demək ağrılı idi", - deyə keçmiş NATO baş katibi bildirib.
Â
Qeyd edək ki, Yens Stoltenberqin daha əvvəl dərc olunan memuarlarında NATO baş katibi, həmçinin Volodimir Zelenski ilə ağır söhbətlərinə də yer verib. O etiraf edib ki, hərbi blok Kiyevi dəstəkləmək üçün əlindən gələn hər şeyi edib, lakin əsgərlərini döyüş meydanına göndərmək istəməyib.