EN

Elgiz Kərəmli Şamaxıdakı darmadağını belə şərh etdi

Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində Şamaxıda "Cəbrayıl"ı böyük hesabla (3:0) yenərək növbəti raunda adlayan 1-ci Liqanın lideri "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli fikirlərini bölüşüb.

33 yaşlı mütəxəssis Fanat.Az-a danışıb:

"İlk 15 dəqiqə rəqib daha inamlı gorünürdü. Dəqiqələr keçdikcə daha yaxşı oynamağa başladıq. Bunun da nəticəsi olaraq, artıq ilk hissədə 2 qol vurmağı bacardıq. Oyun templi keçirdi, baş hakimə də əhsən düsür ki, oyunun tempini "öldürmədi". Oyunların sürətli keçməsi futbolçularımızın inkişafinda xüsusi rol oynayır. Qələbə qazandıqlarına gorə futbolçularımıza təşəkkür edirəm. Çalışacağıq ki, novbəti mərhələdə də inamlı oynayaq".

Nihat

Chosen
54
fanat.az

1Sources