EN

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

Teleqraf qurumun rəsmi saytlna istinadən xəbər verir ki, Xudiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək "Şkendiya" (Şimali Makedoniya) – "Yagelloniya" (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərindəki "Todor Proeski" adına milli stadionda baş tutacaq.

Chosen
54
15
teleqraf.com

10Sources