EN

Sudanda etnik zəminli qırğınların törədildiyi iddia olunur

Bakı. Trend:

Sudanın Əl-Faşir şəhərində Çevik Dəstək Qüvvələrinin (RSF)şəhərin idarəsini ələ keçirməsindən sonra etnik zəminli kütləviqırğınların törədildiyi iddia olunur.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sosial şəbəkələrin yerli seqmentlərində yayılanvideolar, silahsız mülki şəxslərin güllələnməsini və yanmışnəqliyyat vasitələrinin yanında insan cəsədlərinin olduğunugöstərir.

Sudan ordusunun müttəfiqi olan Birgə Qüvvələr RSF-i 2,000-dənçox silahsız mülki şəxsi öldürməkdə ittiham edib.

Yel Universitetinin (ABŞ) Humanitar Tədqiqat Laboratoriyasınınpeyk və açıq mənbə monitorinqi bu iddiaları dəstəkləyir. Yalelaboratoriyası şəhərdə Fur, Zağava və Berti icmalarına qarşısistemli şəkildə etnik təmizləmə prosesi aparıldığını, o cümlədənqapı-qapı yoxlamaların həyata keçirildiyini bildirib.

Məqalədə:
Chosen
37
az.trend.az

1Sources