EN

Yeni Zelandiyalı sığorta şirkəti İran və Rusiya neftinin sanksiyalardan yayınmasına yardım edib Reuters

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni Zelandiyada fəaliyyət göstərən “Maritime Mutual” adlı kiçik sığorta şirkəti İran və Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarını dolayısı ilə pozaraq, on milyardlarla dollarlıq neft ticarətinə yardım edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters"in araşdırmasında qeyd edilib.

Araşdırma göstərir ki, şirkət “kölgə donanması” adlanan – saxta sənədlərlə sanksiyalı neft daşıyan gəmiləri sığortalayıb. Bu sığorta sayəsində gəmilər limanlara daxil ola bilib və Asiya bazarlarına neft daşımağa davam ediblər.

75 yaşlı britaniyalı Pol Rankin və ailəsinə məxsus “Maritime Mutual”ın təqdim etdiyi məlumatlara əsasən, şirkət hər hansı sanksiya pozuntusunu qəti şəkildə inkar edir və “sıfır dözümlülük” siyasəti ilə fəaliyyət göstərdiyini bildirir.

Lakin "Reuters" və "Lloyd’s List" məlumat verir ki, “Maritime Mutual” Qərb hökumətləri tərəfindən sanksiyaya məruz qalmış tanker donanmasının təxminən "altıda birinə" sığorta xidməti göstərib.

Yeni Zelandiya hökuməti, Avstraliya, Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə şirkət barədə sanksiyaların pozulması və mümkün pul yuyulması şübhələri ilə bağlı araşdırma başladıb.

“Maritime Mutual” açıqlama yayaraq iddiaları qəti şəkildə rədd edib. “Biz beynəlxalq sanksiyaların hər hansı pozuntusuna yol vermirik və bu məsələdə sıfır dözümlülük siyasəti yürüdürük. Şirkətimiz bütün qanun və qaydalara tam riayət olunmasını təmin edən ciddi uyğunluq standartları çərçivəsində fəaliyyət göstərir”, - deyə şirkətin açıqlamasında qeyd edilib.

Şirkət Yeni Zelandiya hökumətinin araşdırması ilə bağlı şərh verməyib. Şirkətin təsisçisi Pol Rankin və ailəsi də mətbuatın suallarını cavabsız qoyublar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
icma.az

1Sources