Bir milyondan çox istifadəçi həftəlik olaraq ChatGPT ilə intihar fikirləri barədə danışır.
Publika.az xəbər verir ki, bu barədə “OpenAI” şirkətinin bəyanatına istinadən “TechCrunch” məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilir: “Həftəlik aktiv istifadəçilərin təxminən 0,15%-i mümkün intihar planı və ya niyyətinin aydın əlamətləri olan söhbətlər aparır”.
Hazırda “ChatGPT”nin həftəlik auditoriyası 800 milyondan çoxdur, bu da təxminən 1 milyondan çox insanın risk qrupuna daxil olduğunu göstərir.
Məlumata görə, istifadəçilərin təxminən 0,15%-i süni intellektə emosional asılılıq, 0,07%-i isə psixi pozğunluqların əlamətlərini nümayiş etdirir.