Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Şəki Siti” ilə üz-üzə gəlib. 3:1 hesablı qələbə qazanan Yevlax təmsilçisi adını 1/8 finala yazdırıb.
Daha əvvəl “Kəpəz”, “İmişli”, “Şəfa” və “Baku Sportinq” komandaları mərhələ adlayıblar.
Qeyd edək ki, günün son oyununda “Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq. II təsnifat mərhələsinin oyunlarına oktyabrın 29-da yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.