"Məclisə gedəndə hər şeyi özüm edirəm. Prodüser işini də, mahnı seçimini də. Videolar çəkiləndə onları belə özüm montajlayıram".
"Yeni Sabah" xəbər verir ki, bunu "İncə Səhər" verilişində Xatirə İslam bildirib.
İfaçı ona pislik edən insanlar haqqında da danışıb: Dominos pizza
"Kiməsə yaxşılıq edib, Allaha xoş getməsini istəyirsinizsə, tanımadığınız adama edin. Nə dil, nə dodaq bilsin. Allaha xatir yaxşılığını et. İnsana ziyan mütləq tanıdığı adamdan gəlir. Tanımadığın adam sənə pislik etməz. Çünki o nə bilir ki, səni haradan vursun?! Amma tanıdığın adam səni haradan vurmaq lazım olduğunu bilir. Ona görə də məsafə əla şeydir.
Mən nankor adamları çox gördüm. Həddən artıq səmimi olmaq insanı hörmətdən salır, adiləşdirir, çox əlçatan olursan. Obrazda olmaq lazımdır. Doğrudur, 10 dəqiqədən artıq obraza girmək olmur. Ona görə də bir adamın yanında 10 dəqiqədən artıq qalmayın".
Aydan Hacı
Telegram kanalımız