EN

İrandan Azərbaycana 64 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb



İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Tədbirlər nəticəsində oktyabrın 24-də ümumi çəkisi 15 kiloqram 705 qram narkotik vasitə (12 kq 460 qram marixuana, 3 kq 245 qram tiryək), oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə (46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin) və 550 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Chosen
27
27
newscenter.az

10Sources