Rusiya prezidenti Vladimir Putin müqavilənin müddəti bitdikdən sonra, bir il ərzində yeni START Müqaviləsinin kəmiyyət göstəricilərinə riayət etməyə davam etmək təklifinə ABŞ-dən müsbət cavab gözləyir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, yeni START Müqaviləsi 5 fevral 2026-cı ildə başa çatır: "Ümid edirəm ki, ABŞ-dən yeni START Müqaviləsində təsbit olunmuş kəmiyyət göstəricilərinə birtərəfli şəkildə riayət etməyə razılıq vermələri təklifinə müsbət cavab ala bilərik. Prezident Tramp dəfələrlə Prezident Putinin bu təşəbbüsü barədə müsbət fikirlər səsləndirib. Buna görə də, əslində, bu müsbət cavabların hansısa rəsmi açıqlamaya çevriləcəyini gözləyirik".
Ağarza Elçinoğlu