EN

Binadan yıxılaraq ölən tələbə ilə bağlı “İstanbul Klinikası” müəmması

BAKI, 28 oktyabr. TELEQRAF

Dünən səhər saatlarında Bakıda yaşadığı çoxmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılaraq ölən 21 yaşlı Kəmalə Əbilovanın bir müddət öncə keçirdiyi əməliyyatdan sonra vəziyyətinin pisləşdiyi iddia olunur.

Məlumatlara görə, bir neçə ay öncə "İstanbul Klinikası"nda cərrah Rəşad Məmmədov tərəfindən burun əməliyyatı etdirən K.Əbilovanın beynində travma əlamətləri yaranıb, bir neçə həkimə müraciət edilsə də, nəticə alınmayıb.

Məsələ ilə bağlı "İstanbul Klinikası"ndan Teleqraf-a bildirilib ki, Rəşad Məmmədov hazırda həmin klinikada çalışmır.

"Hazırda klinikamızda belə adda həkim yoxdur. O, bir neçə ay öncə klinikadan ayrılıb", - deyə qeyd olunub.

Rəşad Məmmədovun köməkçisi isə məsələ ilə bağlı sualımızı eşitdikdən sonra dəstəyi asıb.

Qeyd edək ki, K.Əbilova Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dördüncü kursunda təhsil alırdı.

Chosen
88
1
teleqraf.com

2Sources