Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Qəzza zolağındakı və Azərbaycanla Ermənistan arasındakı münaqişələrin həllinin uzunmüddətli olacağına ümid etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Belarus lideri bu barədə Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransında bildirib.
“Bu yaxınlarda bir neçə uzunmüddətli münaqişənin həllinə nail ola bildik, uzunmüddətli həll yoluna böyük ümidim var… Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalayıblar. Qəzzada iki illik müharibə başa çatdı. Bu, yalnız başlanğıcdır. Amma ümid edirik ki, bu, yaxşı bir başlanğıcdır”, – deyə Belarus lideri qeyd edib.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.