EN

Pilotsuz uçuş aparatları ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

Bakı.Trend:

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyalarıİnstitutunun növbəti elmi seminarı keçirilib.

Bu barədə Trend-ə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademikRasim Əliquliyev seminarın “Pilotsuz uçuş aparatlarınınkibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərinişlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində əldə olunanelmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərəkdissertasiya işinin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıyaqoyulmuş məsələlər, eləcə də iş çərçivəsində aparılmış elmi-praktiktədqiqatların nəticələri haqqında məlumat verib. Qeyd edib ki,“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi vəkibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” və“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellektStrategiyası”ndan irəli gələn məsələlər, o cümlədən son dövrlərdəpilotsuz uçuş aparatlarının (PUA) həm mülki, həm də hərbi sahədəgeniş tətbiq olunması və s. bu kimi amillər dissertasiya işininaktuallığını şərtləndirir.

O.Vəlixanlı bildirib ki, dissertasiya işinin məqsədi PUA-laraedilən bəzi növ kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən,sürətli, özü-özünə öyrənən, bu hücumların təsirinə qarşı dayanıqlıolan intellektual metod və alqoritmlərin işlənməsidir.

Tədqiqatçı dissertasiya işi üzrə “Pilotsuz uçuş aparatlarınınkibertəhlükəsizlik üzrə elmi-nəzəri problemlərinin analizi” iləbağlı PUA-ların əsas komponentləri, funksional missiyasınınaraşdırıldığını, təsnifatının aparıldığını, bu aparatlarınkibertəhlükəsizlik problemlərinin ətraflı tədqiq olunduğunu diqqətəçatdırıb.

Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallarcavablandırılıb.

Akademik Rasim Əliquliyev PUA-ların kibertəhlükəsizliyinin təminolunması istiqamətdə əldə edilən nəticələrə münasibətini bildirib.Alim ağıllı idarəetmə sistemləri və süni intellekt texnologiyalarıilə təchiz olunan, müşahidə, kəşfiyyat və digər strateji təyinatlıtapşırıqların icrasında geniş tətbiq olunan yüksək texnolojiinnovasiya məhsulu – PUA-ların təhlükəsizliyinin təmin olunmasıməsələlərinin müasir dövrün prioritet istiqamətlərindən biriolduğunu bildirib. Akademik R.Əliquliyev bu aparatlarınkibertəhlükəsizliyi problemlərinin dərindən araşdırılmasınınvacibliyinə toxunub, bu istiqamətdə aparılan tədqiqatınaktuallığını vurğulayıb.

Akademik R.Əliquliyev dissertasiya işi çərçivəsində əldə olunmuşelmi-praktiki nəticələrin PUA-ların kiberdayanıqlıq səviyyəsininyüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.Akademik R.Əliquliyev elmi seminarda səsləndirilən irad vətəkliflərin tədqiqat işinin daha da təkmilləşdirilməsi baxımındandəyərli olduğunu bildirib, hər bir tövsiyənin nəzərə alınmasınınönəmini xüsusi qeyd edib.

Chosen
14
4
az.trend.az

5Sources